30 iyul 2022 12:14
921

Müdafiə naziri əmr verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

“İki sahil” xəbər verir ki, iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə deyib ki, döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamalar keçiriləcək.