29 iyul 2022 13:25
931

Conni Deppin əsərləri 3,65 milyona satıldı - FOTO

Hollivud ulduzu, musiqiçi Conni Depp bu dəfə sevənlərinin qarşına rəssam kimi çıxıb.

“İki sahil” xəbər verir ki, aktyor Londonda "Castle Fine Art" onlayn mağazasında əsərlərini satışa çıxarıb. Conni "Friends And Heroes" debüt kolleksiyasından olan rəsmlərini bir neçə saat ərzində 3,65 milyon dollara satıb.

Portretlərdə müğənni Bob Dilan, aktyor Al Paçino, aktrisa Elizabet Teylor və The Rolling Stones qrupunun gitaraçısı Keyt Riçards təsvir olunub. Ümumilikdə 780 əsər satılıb.