28 iyul 2022 19:08
1063

Küçədə su axıntısı ilə rastlaşdıqda nə etməliyik? - VİDEO

“Azərsu” ASC bu barədə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, 955 Çağrı Mərkəzinə məlumat verməyimiz kifayətdir.

Qeyd edək ki, qlobal iqlim dəyişmələri bütün dünyada şirin su ehtiyatlarının azalmasına səbəb olub. Belə vəziyyətdə hər birimiz həyat mənbəyi sayılan sudan səmərəli və qənaətlə istifadə etməliyik. Eyni zamanda ictimai əhəmiyyət kəsb edən məsələlərə laqeyd qalmayaq, qəza halları ilə rastlaşdıqda 955 Zəng Mərkəzinə məlumat verməyi unutmayaq. Gəlin, suyumuzu birlikdə qoruyaq!