"İki sahil"in müsahibi Milli Məclisin deputatı Kamran Bayramovdur.
- Kamran müəllim, ölkəmizdə həm işğaldan azad olunmuş ərazilərin, həm də digər regionların inkişafı ilə bağılı müxtəlif Dövlət Proqramları həyata keçirilir. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.
Ölkə başçısı İlham Əliyev Lerik, Masallı, Göygöl rayonlarına yeni təyin olunmuş icra başçılarını qəbul edərkən regionların sosial-iqtsadi inkişafı, bu sahədə qəbul olunmuş Dövlət Proqramları, onların icrası istiqamətində görülmüş işlər barədə fikirlərini söyləmişdir. Əminliklə deyə bilərik ki, Azərbaycanda regional siyasət böyük uğurla həyata keçirilir. Əvvəlki dövrlərlə müqayisədə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” daha böyük uğurla həyata keçirilir. Nəzərə almaq lazımdır ki, 2019-cu ildən böyük çətinliklər mövcud idi. Dünyanı və ölkəmizi bürüyən COVID-19 pandemiyası, iqtisadı çətinliklər bu prosesin həyata keçirilməsini çətinləşdirirdi. Cənab Prezidentin regionlara çoxsaylı səfərləri təşkil olunmuşdur, həmin səfərlər çərçivəsində yeni infrastruktur obyektlərin açılışı həyata keçirilmişdir. Ölkə başçısının son qəbulda qeyd etdiyi kimi regionların inkişafı ilə bağlı tədbrilər bundan sonra da sürətlə davam edəcəkdir. Bu tədbirlər reginolarda yaşayan əhalinin yaşayış səviyyələrinin yaxşılaşdırılması və günün tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. Bu məqsədə də nail olunur.
- Dövlət başçısı İlham Əliyev Masallı, Lerik, Göygölə təyin olunan yeni icra başçılarının qəbulu zamanı məmurlara bir sıra xəbərdarlıqlar və göstərişlər verdi. Bildirdi ki, qanun hamı üçündür. Bununla bağlı fikirləriniz...
Adıçəkilən qəbulda cənab Prezident xüsusilə daxili siyasətlə bağlı bir çox mesajlar verildi. Burada bir çox məsələlərə toxunuldu. Regionların inkişafı, rayonlarda görülmüş, görülən və görüləcək işlər, vətəndaş-məmur münasibətləri haqqında xüsusilə danışılan məsələlər oldu. Vəzifəsindən sui-istifadə edən məmurlar haqqında ciddi fikirlər söylənildi, tapşırıqlar verildi. Ümumiyyətlə, ölkə başçısı İlham Əliyevin yeni vəzifəyə təyin olunan məmurlarla bu cür görüşlər artıq ənənə halını alıb. Ancaq elə düşünülməsin ki, orada verilən tövsiyyə və tapşırıqlar sadəcə yeni təyin olunan məmurlara verilir. Onlar bütün dövlət qulluqçularına, məmurlara, Milli Məslisin deputatlarına aiddir. Burada məqsəd məmurların fəaliyyətinin şəffalığının artırılması, vətəndaşların problemləri ilə yaxından maraqlanılması və həllinin tapılmasıdır. Prezident İlham Əliyev yeni icra başçılarına tapşıqılarını verdi və xüsusilə qeyd etdi ki, vəzifələrindən və imtiyazlarından sui-istifadə edilməsi halları yolverilməzdir. Əgər hər hansı vəzifəyə məmur təyin olunursa bəzi məmurlar bir müddət sonra özlərini qanudan üstün görməyə başlayır və cinayət tərkibli əməllərə əl atırlar. Ancaq məlumdur ki, bir neçə icra başçısı öz əməllərinə görə qanun qarşısında cavab verərək cinayət məsuliyyətinə cəlb olunublar. Bu da bir daha hər bir məmura siqnal olmalıdır ki, onlar peşəkarlıq, sadəlik göstərərək xalqa vicdanla xidmət göstərməlidir. Yalnız bu halda rəhbərlik etdiyi ərazidə həm uğur, həm də idarəçilik təcrübəsi qazana bilər. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində yerli icra hakimiyyətlərinə tapşırıqlar verilib ki, vətəndaşların qəbulunu keçirsinlər. Mərkəzi icra hakimiyyəti orqanları rayonlara ezam olunublar, əhali ilə görüşlər keçirirlər. Bundan əlavə, yerli icra hakimiyyətləri səyyar xidmətlər təşkil edirlər. Bu da bir daha onu göstərir ki, mövcud problemlərin yerindəcə təyin olunub aradan qaldırılması üçün işlər gedir. Düşünürəm ki, bu, çox səmərəli bir təcrübədir.
- Kamran müəllim, uğurların kökündə islahatlar dayanır. Bu gün Azərbaycanda gənc kadrların dövlət idarəçiliyində önə çıxarıldığının şahidi oluruq. Bunu necə şərh edərdiniz?
Ölkəmizdə çox uğurlu və nəticə gətirən gənclər siyasıti həyata keçirilir. Məlumdur ki, gənclər siyasəti hələ Ulu Öndərin hakimiyyət illərindən Azərbaycan üçün əsas prioritet sahələrdən biri olub. Müsbət bir haldır ki, artıq gənclərimiz cəmiyyətin əsas aparıcı qüvvəsinə çevriliblər. Bunun bir nümunəsi də odur ki, hakim dairələrdə biz uğurlu gənclərimizin təqdirəlayiq fəaliyyələrinin şahidi oluruq. Bu da təbiidir. Çünki ölkəmizə yeni təfəkkürə, ideyalara, yüksək enerjiyə malik insanlar lazımdır və onlaa da inam böyükdür. Son təyinatlar da onun bariz nümunəsidir ki, artıq gənclərimiz vacib məmur postlarını tutmağa başlayıblar. Bundan əlavə məlumdur ki, Gənclər və İdman Nazirliyinin xətti ilə “Yüksəliş” müsabiqəsi keçirildi. İstedatlı, bacarıqlı, təcrübəli gənclər müsabiqəyə qoşulur və təltif olunurlar. Onların mükafatlandırılması və stimullaşdırılması üçün onlar müəyyən təcrübə proqramlarından keçir, vəzifələrə təyin olunur, mentorluq fəaliyyəti ilə məşğul olurlar. Mən düşünürəm ki, bütün bunlar məmur korpusunun və rəhbər vəzifələrdə gənclərin daha çox təmsil olunmasına xidmət edir. Bu, dövlət siyasətinin bir prioritetidir. Həmin gənclər isə dövlətin onlara göstərdiyi yüksək etimadı doğrultmalıdırlar.
Nilufər Mustafaqızı, “İki sahil”
“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüblər
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib