27 iyul 2022 00:08
1093

Kəlbəcərdə minaya düşən hərbi hissə komandirinin FOTOSU

İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarov minaya düşüb.

“İki sahil” xəbər verir ki,  “Qafqazinfo”nun məlumatına görə, Vüqar İsbəndiyarov rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd edək ki, V.İsbəndiyarov Bakı Ali Komandanlıq Məktəbini bitirib, Naxçıvanda xidmətə başlayıb. Müxtəlif vaxtlarda fərqli bölgələrdə 3 briqadaya komandirlik edib. Vətən Müharibəsindən təxminən 1 il əvvəl Ali Hərbi Məktəbə müəllim təyin olunub. Müharibə başlayanda ön cəbhəyə çağırılıb və briqada komandiri təyin olunub. Cəbrayıldan Laçına qədər döyüş yolu keçən Vüqar İsbəndiyarov qələbədən sonra briqada komandiri kimi xidmətini Kəlbəcərdə davam etdirib.