26 iyul 2022 18:33
911

ABŞ-ın Avropa və Afrikadakı komandanının müavini Azərbaycanda səfərdədir

ABŞ ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfər zamanı Maykl Uikman hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.