Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri Xerson vilayətinin Zelenotropinske kəndi yaxınlığında Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərinin batareyasını məhv edib.
“İki sahil” xəbər veri ki, bu barədə Ukraynanın Cənub Əməliyyat Komandanlığı feysbuk səhifəsində yazıb.
“Atış missiyalarını yerinə yetirərkən raket və artilleriya bölmələrimiz Zelenotropinsk yaxınlığında S-300 hava hücumundan müdafiə sistemlərinin batareyasını məhv edib”, - yazıda deyilir.