Rusiya Ukraynanın ixrac potensialını məhv etmək üçün hər şeyi etdi, lakin Ukrayna buna imkan vermədi.
“İki sahil”in müxbiri xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
O deyib: “Bu gün dövlətimiz və bütün sivil dünya mühüm razılaşma əldə edib – bizim Ukrayna limanlarını blokdan çıxarmağa və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını bərpa etməyə imkan verən razılaşmamız var.
Genişmiqyaslı işğalın ilk günündən Rusiya nəinki Ukraynanın dənizə çıxışını bağlamaq, həm də bizim ixrac potensialımızı – liman infrastrukturumuzu, dəmir yollarımızı, anbarlarımızı və siloslarımızı məhv etmək üçün hər şeyi etdi. Biz icazə vermədik.
İndi isə biz nəinki Qara dənizdəki limanlarımızın fəaliyyətini bərpa edə, həm də onları qoruya bilərik. Bu, ordumuzla və kəşfiyyatımızla işlənib hazırlanmışdır. Hərbçilər məni limanlarımıza yaxınlaşmalara yüz faiz nəzarət edəcəyinə əmin etdilər.
Uzun müddətdir ki, bu gün İstanbulda imzalanan təşəbbüsün bütün detalları əsas beynəlxalq tərəfdaşlarımız və Birləşmiş Millətlər Təşkilatı ilə müzakirə olunub. Dənizlə ixracımızın bərpasına kömək etmək üçün bir çox liderlər iştirak edirdi. Mən BMT-nin Baş katibi Antonio Quterreşə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdikləri səylərə görə minnətdaram.
Bu gün imzalanmış sənədin mətni dərc olunub və hər kəs onun bəndlərini oxuya bilər. Onlar Ukraynanın maraqlarına tam cavab verir.
Birinci. Ötənilki taxıl məhsulunun təxminən 20 milyon tonu ixrac ediləcək. Həm də bu ilin məhsulunu satmaq mümkün olacaq. Məhsul artıq yığılır. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Bunlar gələn ilin əkin mövsümü üçün vəsaitdir.
İndi bizim təxminən 10 milyard dollar dəyərində taxılımız var.
İkincisi. Nəhayət, Rusiyanın təhrik etdiyi ərzaq böhranının şiddətini azaltmaq şansı var. Qlobal fəlakətin – dünyanın bir çox ölkələrində, xüsusən də bizə yardım edən ölkələrdə siyasi xaosa səbəb ola biləcək aclığın qarşısını almaq şansı var.
Və üçüncüsü. Bu, Ukraynanın bu müharibəyə tab gətirə biləcəyinin başqa bir nümunəsidir. Ukraynanın ərazi sularında hər şeyin dövlətimizin nəzarətində olması vacibdir.
Hamıya aydındır ki, Rusiya tərəfindən hansısa təxribatlar, Ukraynanı və beynəlxalq səyləri gözdən salmaq cəhdləri ola bilər. Amma biz BMT-yə güvənirik. İndi müqavilələrə əməl olunmasını təmin etmək onların və beynəlxalq tərəfdaşların məsuliyyətidir.
Mən İlan adasını düşməndən təmizləyən, Odessa və Nikolayevi müdafiə edən, Xerson vilayətində tədricən irəliləyərək ərazimizi azad edən bütün əsgərlərimizə təşəkkür etmək istəyirəm. Rusiya bu müharibədə qalib gəlməyəcək.
Biz sabah Birinci Xanımlar və Cənabların ikinci Kiyev sammitinin başlamasına hazırlaşırıq. Ukraynanın birinci xanımının bu təşəbbüsü ötən il əsası qoyulub və sübut etdi ki, o, dövlət rəhbərlərinin xanıblarının və ərlərinin yumşaq gücünü milli və qlobal miqyasda müxtəlif problemlərin həllinə yönəldə bilər.
Builki sammit Ukraynanın müharibədən sonrakı bərpasına həsr olunacaq. Həm də söhbət təkcə yenidənqurmadan getmir. Söhbət insanların geri qayıtmasından, yəni qaçqın olmamalı olan köçkünlərdən, müharibədən əziyyət çəkənlərə lazım olan bütün yardım və reabilitasiyadan, işğalçılar tərəfindən dağıdılmış icmalarda və şəhərlərdə ictimai həyatın dirçəlməsindən gedir.
Xüsusilə, Sammit çərçivəsində və bizim United24 ictimai xeyriyyə platformamız əsasında Ukrayna üçün ixtisaslaşmış təcili yardım maşınları üçün vəsaitin toplanmasına artıq başlanılıb.
Mən Ukraynanın birinci xanımının və onun komandasının hazırladığı hər şeyi açıqlamayacağam, amma hiss edirəm ki, bu, diplomatik baxımdan güclü hadisə olacaq.
Mən bu gün Ukraynanın böyük dostu Boris Consonla növbədə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq haqqında danışdım. Biz yeni hərbi dəstək paketini gözləyirik.
Ukrayna ilə Böyük Britaniya arasında münasibətlər ümumi dəyərlər üzərində qurulub. Siyasətdə nə olursa olsun, ölkələrimiz və cəmiyyətlərimiz arasında əlaqələr daha da güclənəcək.