21 iyul 2022 12:34
845

Dünyanın ən yaşlı pandası öldü:  Səbəb yüksək xolesterol

Nəzarət altında olan dünyanın ən yaşlı erkək pandası 23 ildir saxlandığı Honq-Konqda əyləncə parkının zooparkında ölüb.

"İki sahil" xarici mətuata istinadən xəbər verir ki, park rəsmiləri An An adlı pandanın 35 yaşı olduğunu deyib.

Açıqlamada, üç həftədir səhhətinin pisləşdiyi və bərk yemək yeyə bilməyən pandanın daha çox əziyyət çəkməməsi üçün baytarlar tərəfindən səhər yuxuya verildiyi bildirilib.

Pandanın yüksək xolesteroldan əziyyət çəkdiyi qeyd edilib ki, bu da cinsin qocalma çağında tez-tez rast gəlinir.