19 iyul 2022 08:17
1303

Havayda toya gələn qonaqları nəhəng dalğa “yudu”

ABŞ-dan olan bir cütlük toylarını qeyri-adi bir yerdə keçirmək qərarına gəlib və qonaqlarını Havay adalarına dəvət ediblər.

Ziyafət okean sahilində baş tutub.

Məclisin ortasında qonaqları nəhəng dalğa qorxuya salıb. Onlardan bəziləri gizlənməyə çalışsalar da, digərləri baş verənləri videoya çəkib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxu.Az