19 iyul 2022 02:21
908

Dəniz suyu sağlamlığımız üçün vacibdir

Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) bənzəyir.

Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla, kalium, kalsium, yod, kükürd, brom və s. ilə zənginləşdirir. 

Bəs dəniz suyu hansı xəstəliklərə faydalıdır?

- Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

- Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpgilərin azalmasına kömək edir.

- Sinir sistemi xəstəlikləri (nevrozlar və s.).

- Zob xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi ilə bağlı olan xəstəlik). Yodla zəngin olan dəniz suyu zobdan əziyyət çəkənlər üçün çox faydalıdır.

- Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömək edir.

- Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir.

Bununla yanaşı, dəniz suyu immun sistemini möhkəmləndirir.

Röya Rasimqızı, “İki sahil”