13 iyul 2022 12:19
978

Mexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar icra olunub VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

“İki sahil” xəbər verir ki,  çalışmaların icrası zamanı sürücü-mexaniklər döyüş texnikasını idarəetmə bacarıqlarını, tuşlayıcı operatorlar isə müxtəlif silahlardan atəş açma qabiliyyətlərini təkmilləşdiriblər.

Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən praktiki çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.