09 iyul 2022 15:28
882

Ukrayna səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Qurban bayramı münasibətilə Azərbaycanı xalqını təbrik edib.

“İki sahil” xəbər verir ki, o, bununla bağlı rəsmi “Facebook” hesabında paylaşım edib. 

Paylaşımda deyilir:

“Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək!”