02 iyul 2022 16:40
953

Ordumuzun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlu iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.