02 iyul 2022 12:17
1031

Nazir komando hərbi hissələrinin fəaliyyətini müsbət qiymətləndirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib.

“İki sahil” xəbər verir ki, iyulun 2-də Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirən nazir komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.