01 iyul 2022 10:48
787

Türkiyədə sürüşmə olub, Gürcüstan yolu bağlanıb, ölən və yaralananlar var - VİDEO

Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.

Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.

Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.

Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.