19 iyul 2026 16:23
144

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.