27 iyun 2022 20:48
1005

Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə hərbi hissələrdən daha birində zabit və əsgərlərimizlə görüş keçirilib.

“İki sahil” AZƏRTAC-ın Naxçıvan bürosuna istinadla xəbər verir ki, əvvəlcə gənclərə tədbirin proqramı barədə məlumat verilib, dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edilib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri vurğulanıb.

Gənclər şəxsi heyətin xidməti şəraiti ilə tanış olub, onlarla birgə konsert proqramında iştirak edib, nahar yeməyindən sonra Naxçıvan şəhərinə yola düşüblər.