27 iyun 2022 00:14
1064

Müdafiə naziri: Hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür

Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür.

“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsində deyib.