“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətənin qalib şəhidləri - Sübhan Həsənovun və Vüsal Hadıyevin ailələrinə baş çəkiblər. 44 günlük haqq savaşımızda hünər göstərib tarix yazan qəhrəmanların əziz xatirəsi ehtiramla yad ediləndən sonra, onların mənalı ömür yolundan söz açılıb. Bildirilib ki, 30 ildən sonra Sübhan, Vüsal kimi oğlanların hesabına zəfər qazanıb, qalib xalq olaraq bütün dünya bizi bir daha tanıdı. Canı, qanı hesabına belə bir şərəfi öz millətinə yaşadan oğullar milyonların qəlbində yaşamaqla heç vaxt unudulmaz. Onların həyatı həmişə gələn nəsillər də örnək olacaq.
Vətən sevdalıları Sübhan və Vüsalın xatirələri, keçdiyi döyüş yolundan onların öz yaxınları da böyük fəxrlə, qürurla danışıblar .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü