20 iyun 2022 00:17
916

"Sağlam həyat günü" təşkil edilib

"İdman hamı üçün" layihəsi çərçivəsində bu gün "Sağlam həyat günü" təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Bakı Konqres Mərkəzinin qarşısında keçirilən tədbirdə bütün yaş kateqoriyalarından sakinlər, xüsusən də uşaq və gənclər iştirak ediblər. Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.