17 iyun 2022 10:01
843

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.