12 iyun 2022 20:38
898

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb.

Hadisə Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb.

Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1 300 manat nəğd pul və 1 700 manatlıq siqaret aparıb.

Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"