12 iyun 2022 14:25
773

ABŞ səfiri Azərbaycan Qran-prisi ilə bağlı müraciət yayıb

“Formula 1” yarışında Bakıda olmaqdan qürur duyuram. Bu, gözəl, beynəlxalq tədbirdir”, - Litzenberger vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisi ilə bağlı müraciətində deyib.

"Baku City Circuit” bu məkanın yaradılmasında böyük işlər görüb və insanlara bu yarışı izləmək üçün gözəl imkanlar yaradıb. Mən də həyəcanlıyam. Çünki ABŞ-da Mayamidən Minneapolisə qədər insanlar Bakıda keçirilən yarışı izləyirlər”, - səfir əlavə edib.