12 iyun 2022 10:59
781

Əmək müqaviləsi hüquqlarınızın müdafiəçisi və sosial təminatçısıdır - VİDEO

Yeni işə daxil olarkən sizinlə bağlanan əmək müqaviləsi əmək və sosial hüquqlarınızın təminatçısına çevrilir.

“İki sahil” xəbər verir ki, bu müqavilə təkcə gələcək pensiya təminatınız üçün deyil, bir işçi olaraq bütün əmək hüquqlarına sahib olmağınıza imkan yaradır.

Əmək müqaviləsi ilə öz əmək və sosial hüquqlarına sahib olmaq, yoxsa bu hüquqlardan kənarda, dəstəksiz və çətin durumda qalmaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni videoçarxı da bu haqdadır.