11 iyun 2022 21:05
749

AGF “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox!” kampaniyasına qoşuldu

Azərbaycan Gimnastika Federasiyası (AGF) Azərbaycan Cüdo Federasiyasının (ACF) 26 iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə başlatdığı kampaniyaya qoşularaq, “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox!” mövzusunda ərsəyə gətirdiyi videoçarxı ictimaiyyətə təqdim edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.

Bu günün önəmini vurğulamaq üçün AGF estafeti Atçılıq, Atıcılıq, Badminton Federasiyalarına və AFFA-ya ötürür.