06 iyun 2022 20:20
1124

Komando briqadalarının ərzaq payı normaları müəyyənləşib

Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı normalarına uyğun olacaq:

Bu Norma üzrə dövlət hesabına Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət və müddətli hərbi qulluqçuları təmin ediləcəklər.