Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 544 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 195, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 79, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 123 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 733 min 819, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 349 min 325, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 849 min 964 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 287 min 880, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 min 650 nəfərdir.