04 iyun 2022 19:44
904

Azərbaycan Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başladı

BMT-nin Baş Assambleyası tərəfindən  26 iyun tarixi Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir. Bu günün əhəmiyyəti və vacibliyini  geniş ictimaiyyətə çatdırmaq üçün Azərbaycan Cüdo Federasiyası (ACF) “İdmanı seç, sağlam qal!” və “Narkotikə  yox” şüarları altında kampaniya elan edərək səsini eşitdirməyə və bütün idman ictimaiyyətini səfərbər olmağa çağırır. “İki sahil” xəbər verir ki, kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.

Cüdonun cəmiyyətdə kütləviləşməsi, müsbət və  maarifləndirici dəyərlərə sahib olması onun sağlam həyat tərzinin təşviq edilməsində və müsbət sosial dəyişikliklərə töhfə vermək gücünü vurğulayır.

Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar. Bununla da cüdo ailəsi sağlam cəmiyyətlərin qurulmasına sadiq olduqlarını nümayiş etdiriblər. Bu günün önəmini vurğulamaq üçün ACF estafeti Güləş, Gimnastika, Həndbol, Stolüstü tennis, Ağır Atletika federasiyalarına ötürür!

Bizə qoşul! İdmanı seç, sağlam qal! Narkotikə yox!