26 may 2022 14:07
1218

“Akıncı” PUA-sının Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar gedir

“Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır.

Bu barədə “İki sahil”ə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar.