25 may 2022 16:13
833

Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib - VİDEO

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib.

“İki sahil” xəbər verir ki, uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib.

Uçuş “Teknofest-2022” festivalına hazırlıq çərçivəsində baş tutub.