11 may 2022 16:29
675

Pərviz övladları ilə belə görüşdü VİDEO

Dominikanda keçirilən “Survivor All Star” yarışması ilə vidalaşan azərbaycanlı kikboksçu Pərviz Abdullayev (Kobra Pərviz) İstanbula dönüb.

“İki sahil” xəbər verir ki,  bunu əks etdirən görüntüləri idmançının instaqramdakı fan səhifəsi paylaşıb.

Abdullayevi qarşılayanlar arasında iki oğlu da yer alıb.

4 aydan sonra görüşən ata ilə övladlarının görüntüləri izləyiciləri təsirləndirib.