Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə səhifələrində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edilib.
"İki sahil" xəbər verir ki, paylaşımda deyilir:
"Müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Respublikamızın müstəqilliyi və davamlı tərəqqisi yolunda misilsiz və əvəzolunmaz xidmətlər göstərmiş dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik.".