“Biz regiona sülhün gətirilməsi, möhkəmlənməsini niyyət edirik. Bu çərçivədə Ermənistanla əlaqələrin bərpa olunması, münasibətlərin normallaşması, kommunikasiyaların açılması xüsusi əhəmiyyət kəsb edir”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması konteksində eyni zamanda Naxçıvanla birbaşa gediş-gəlişin tezliklə bərpa olunmasına nail olmalıyıq. Bu baxımdan Zəngəzur dəhlizinin işə salınması prosesi surətlənməlidir.
Xələf Xələfov həmçinin qeyd edib ki, kommunikasiyaların açılması gələcəkdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına təkan verə biləcək məsələdir.
Xarici İşlər nazirinin müavini son olaraq bildirib ki, Ermənistan real siyasətə qayıtmalıdır. Revanşizm, düşmənçilik keçməyəcək. Bu yolla getmək səmərəsiz, erməni xalqının əsl maraqlarına ziddir.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb