Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
“İki sahil” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bu xəbəri qəti surətdə təkzib edir.