05 may 2022 12:02
663

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"İki sahil"in FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində Bakı şəhərinin Səbail rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın və Bakı şəhərinin Xətai rayonunda bağlı qapı arxasında 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.