04 may 2022 18:46
1005

Paşinyanın çıxışı zamanı gərginlik olub: Müxalif deputatlar zalı tərk edib

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın çıxışı zamanı gərginlik baş verib.

“İki sahil” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, parlamentdəki müzakirələrdən sonra müxalifət üzvləri Paşinyanla mübahisəyə başlayıb. Daha sonra onlar parlament zalını tərk ediblər. Nikol Paşinyan müxalifətin ardınca "Həmişə olduğu kimi qaç. Sən həmişə qaçacaqsan" deyə qışqırmağa başlayandan sonra müxalifət fraksiyalarının nümayəndələri tribunaya yaxınlaşaraq mübahisəyə başlayıblar. 

“Şərəfim var” və “Hayastan” blokunun deputatları şüarlar səsləndirməyə başlayıblar. Bunun qarşılığında “Vətəndaş müqaviləsi” fraksiyasının üzləri hökumət lehinə şüarlar səsləndiriblər. 

Kadrlarda o da görünür ki, parlamentin sədri Alen Simonyan digərlərindən daha yüksək səslə və daha fəal qışqırır və alqışlayır.

Qeyd edək ki, mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. Aksiyaçılar N.Paşinyanın istefasını tələb edirlər.