Sosial şəbəkələrdə yeniyetmələr arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
“İki sahil” xəbər verir ki, videoda 4 yeniyetmənin bir nəfəri döydükdən sonra kameraya çəkdiyi görünür. Onlar döydükləri yeniyetmədən üzr istəməsini tələb edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, baş leytenant Mahir Məsimov APA-ya bildirib ki, məsələ artıq nəzarətə götürülüb: "Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq".
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəman şəhidin doğum günü ehtiramla qeyd olundu
YAP Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib