Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə “Qarabağ” ordeni və Suqovuşan, Xocəvənd, Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılan general-mayor Hikmət Həsənovun yeni vəzifədə ilk görüntüsü yayılıb.
“İki sahil” xəbər verir ki, o, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Gürcüstan nümayəndə heyəti ilə görüşdə iştirak edib və onun akamediyanın rəis müavini vəzifəsinə təyin edilməsi dəqiqləşib.
Qeyd edək ki, generalın adı mediada və sosial şəbəkələrdə tez-tez “Tərtər işi” ilə bağlı hallanıb.