26 aprel 2022 10:16
1079

Laçında itkin düşən hərbçilərin axtarışı davam edir

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

Müdafiə Nazirliyindən "İki sahil"ə bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

"Yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", - qeyd olunub.