19 aprel 2022 12:31
984

Azərbaycanın hərbi həkimləri ABŞ-da təlimdə olub

Azərbaycanın hərbi həkimləri ABŞ-da hərbi-tibbi təlimdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Oklahoma Milli Qvardiyasının üzvləri Oklahoma Milli Qvardiya Regional Təlim İnstitutunda tibbi bilik mübadiləsi çərçivəsində Azərbaycan Əməliyyat İmkanları Konsepti Batalyonunun 5 həkiminə təlim keçiblər.