Heydər Əliyev adına Ali Hərbi Məktəbdə “Azərbaycancılıq məfkurəsi milli dövlətciliyimizin işıqlı yoludur” mövzusunda ziyalıların kursant və zabitlərlə görüşü keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbir cərcivəsində tanınmiş alim-yazıcı Sadıq Qarayevin əsərlərindəkı vətənpərvərlik motivlərinin, azərbaycançılıq məfkurəsinin dərin təhlilinin gənclərimizin maarifləndirilməsində qiymətli mənbə olduğuna dair fikirlər söylənilmişdir. Alimlər yazarın yaradıcılığı ətrafında məruzə və cıxışlar edərək hər bir qələbənin əsasında sağlam mənəvi və fiziki təfəkkürün dayandığını əsaslandırdılar.
Azərbaycancılıq ideologiyasının milli birliyimizdəki müstəsna rolundan danışdılar. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbədə bu amilin bariz nümünə kimi gənclərimizin hər zaman amalına çevrilməsinin vacibliyini vurğuladılar. Görüşdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəhbərliyi və zabit heyəti cənclərimizdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ücün maraqlı və əhatəli əsərlərlə tanışlığa və məruzələrə görə Sadıq Qarayevə və ziyalılarımıza təşəkkürlərini bildirdilər.