Masallı rayonunda 7 il əvvəl itkin düşən Səidə Cəfərovanın qətlə yetirildiyi məlum olub və əmisi oğlu Əfrayıl Cəfərov saxlanılıb.
“İki sahil” xəbər verir ki, Səidənin anası Bibixanım Cəfərova 2021-ci ildə Xoşqədəm Hidayətqızının proqramına çıxıb. O, Səidənin əmisi oğlu Əfrayıl tərəfindən öldürüldüyünü iddia edib. Belə ki, B.Cəfərova 2015-ci ildə 1 ay müddətində Bakıda digər qızının müalicəsi ilə əlaqədar xəstəxanada olduğu vaxt Səidəni əkin sahəsinə hər gün Əfrayıl aparıb-gətirib.
Ana əlavə edib ki, qızı gündəlik tutub və hər gün yaşadıqlarını gündəliyə yazıb. Gənc qız həmin gündəlikdə Əfrayılın ona təcavüz etdiyini qeyd edib.
"Səni axtarıram" verilişində qonaq olan Əfrayıl isə ittihamları rədd edib. Lakin o, həmin vaxt təcavüz söz-söhbətinin yaranmasına görə Səidə ilə evlənməyə razı olduğunu deyib. Əfrayılın atası Əlisa Cəfərov da qardaşı qızı barəsində xoşagəlməz söhbətlərin yarandığı vaxt onu oğlu ilə evləndirmək istədiyini, bunu isə nəslin adına görə etmək istədiyini deyib.
Verilişdə qonaq olan Əfrayıl Səidənin yoxa çıxmasından bir neçə gün əvvəl onu atasının əmisi nəvəsi ilə həyətdə gördüyünü və irad bildirdiyini, bu zaman isə qızı döydüyünü etiraf edib.
Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçicilərlə görüşüb