Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.
Ağacların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib - Elmi Cərrahiyyə Mərkəzi
İdman qidaları və BAQM-ların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır - Video
Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçicilərlə görüşüb