Bu gün Azərbaycan Premyer Liqasında 22-ci turunun son qarşılaşmasında "Qəbələ" ASCO Arenada "Səbail"in qonağı olacq.
“İki sahil” xəbər verir ki, Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami və Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşma saat 20:30-da start götürüb.
Matçın 41-ci dəqiqəsində “Səbail”in futbolçusu Adil Nağıyev hesabı açıb. 67-ci dəqiqədə Nikolas Raysel, 73-cü dəqiqədə isə İbrahim Aslanlı hərəyə bir dəfə fərqlənərək hesabı 3-0-a çatdırıblar.
Oyun bu hesabla da başa çatıb.
Azərbaycan Premyer Liqası
22-ci tur
10 aprel (bazar)
20:30. “Səbail” 3–0 “Qəbələ”
Qol: Adil Nağıyev, 41, Nikolas Raysel, 67, İbrahim Aslanlı, 73
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
ASCO Arena