07 aprel 2022 15:34
1067

"Efes-2022" təlimində iştirak edəcək hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılıb

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə MN məlumat yayıb. Xəbərə görə, Kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.