06 aprel 2022 23:07
760

Azərbaycan Ordusu Aprel döyüşlərində tarix yazdı - VİDEO

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgəri canı və qanı ilə  tarix yazdı, illərdir davam edən düşmən təxribatlarına layiqli cavab verildi.

“İki sahil” xəbər verir ki, Aprel döyüşləri sübut etdi ki, Azərbaycan hərbiçisinin qarşısında heç bir qüvvə, sədd dayana  bilməz.

Mənfur düşmənin öhdəsindən peşəkarlıqla gəldiyi tək iş isə miflər yaratmaq idi.

Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev deyir ki, ordumuz əks hücum edərək düşməni kilometrlərlə geri çəkilməyə məcbur etdi.

Aprel döyüşlərindən ilham alan ordumuz Vətən müharibəsində öz sözünü deyərək düşməni kapitulyasiya aktını imzalamağa məcbur elədi.