Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ceyhun Babayev adına şəhər 3 saylı tam orta məktəbdə Astara rayonu üzrə hərbi idman oyununun rayon birinciliyinin I zona seçim mərhələsi keçirildi.
Tədbirlərin açılış mərasimlərində rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov, Ceyhun Babayev adına 3 saylı tam orta məktəbin direktoru A. Rzayev, uzun illər Astara Rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə üzrə metodisti vəzifəsində çalışmış, hazırda təqaüddə olan ”Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” N. Ələkbərov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini İ. Cəfərov çıxış etdilər.
Yekunda I yerə Ceyhun Babayev adına şəhər 3 saylı tam orta məktəbin komandası layiq görüldü. Şəhər 5 saylı tam orta məktəbi II, M.Ə. Sabir adına şəhər 1 saylı tam orta məktəbi isə III yerləri qazandılar. İ və II yerləri tutan komandalar 14 aprel 2022-ci il tarixdə keçiriləcək Astara rayon birinciliyinin final mərhələsinə çıxdılar .
Yarışda hər üç qalib komandaya sahib olduqları yerlərə görə Astara Rayon Gənclər və İdman İdarəsinin, eləcə Təhsil Şöbəsinin diplomları təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü