04 aprel 2022 13:23
779

Ordumuzun mövqeləri atəşə tutulub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.