Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Biləsuvar şəhərində vətəndaş Hüseynov Elçin Qədir oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
Lənkəranda çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
BDU-nun təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş Basketbol turniri keçirilib